Məxfilik Siyasəti

Son yenilənmə: 11 mart 2026

1. Giriş

PawID ("biz", "bizim") olaraq istifadəçilərimizin məxfiliyinə hörmət edirik. Bu siyasət pawid.az saytından istifadə etdiyiniz zaman şəxsi məlumatlarınızın necə toplandığını, istifadə edildiyini və qorunduğunu izah edir.

2. Topladığımız Məlumatlar

Aşağıdakı məlumatları toplaya bilərik:

  • Hesab məlumatları: ad, e-poçt ünvanı, telefon nömrəsi, ünvan
  • Heyvan məlumatları: heyvanın adı, növü, cinsi, şəkli, tibbi qeydlər
  • QR skan məlumatları: skan vaxtı, təxmini lokasiya, cihaz məlumatı
  • Google hesab məlumatları: Google ilə daxil olduqda ad və e-poçt

3. Məlumatların İstifadəsi

Topladığımız məlumatları aşağıdakı məqsədlərlə istifadə edirik:

  • Hesabınızı yaratmaq və idarə etmək
  • Heyvan profillərini yaratmaq və QR birkalar hazırlamaq
  • QR skan bildirişləri göndərmək
  • İtirilmiş heyvanın sahibi ilə tapanı əlaqələndirmək
  • Xidmətlərimizi yaxşılaşdırmaq

4. Məlumatların Paylaşılması

Şəxsi məlumatlarınızı üçüncü tərəflərlə satmırıq. Məlumatlar yalnız aşağıdakı hallarda paylaşıla bilər:

  • Qanun tələb etdikdə
  • Xidmət göstərmək üçün zəruri olduqda (məs. çatdırılma xidməti)
  • Sizin razılığınız olduqda

5. Heyvan Profili Məxfiliyi

QR birka skan edildikdə, yalnız heyvan sahibinin icazə verdiyi məlumatlar (ad, telefon, e-poçt) göstərilir. Siz hər profildə hansı əlaqə məlumatlarının görünəcəyini özünüz seçirsiniz.

6. Məlumat Təhlükəsizliyi

Məlumatlarınız SSL/TLS şifrləmə ilə qorunnur. Şifrələr bcrypt hash ilə saxlanır. Heyvan şəkilləri təhlükəsiz serverdə saxlanır.

7. Ödəniş Məlumatlarının Təhlükəsizliyi

İstifadəçinin kart məlumatları saytımızda saxlanılmır.

  • Bütün ödəniş əməliyyatları PCI DSS sertifikatlı ödəniş partnyorları tərəfindən həyata keçirilir
  • Kart nömrəsi, CVV və digər həssas məlumatlar bizim serverlərimizə heç vaxt ötürülmür
  • Ödəniş zamanı yalnız ödəniş partnyorunun təhlükəsiz səhifəsinə yönləndirilirsiniz
  • Təkrarlanan abunəlik ödənişləri tokenləşdirilmiş şəkildə ödəniş partnyoru tərəfindən saxlanılır və idarə olunur

8. Sizin Hüquqlarınız

  • Məlumatlarınıza daxil olmaq və düzəliş etmək
  • Hesabınızı silmək
  • Bildirişləri söndürmək
  • Məlumatlarınızın silinməsini tələb etmək

9. Əlaqə

Məxfilik siyasəti ilə bağlı suallarınız üçün bizimlə əlaqə saxlayın:

E-poçt: info@pawid.az

PawID CM Technology Group LLC məhsuludur

VÖEN: 1101773421